Dünən avtobusların gecikmə SƏBƏBİ BİLİNDİ
20 oktyabr 2020 12:06 (UTC +04:00)

Dünən avtobusların gecikmə SƏBƏBİ BİLİNDİ

Ötən gün axşam saatlarında (saat 18:00-20:30 aralığında) müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında ciddi gecikmələr müşahidə olunub. Nəticədə sərnişin tələbatı yüksək olan dayanacaqlarda sıxlıqlar yaranıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Lent.az-a bildirib ki, sərnişinlərin narahatlığına səbəb olan bu vəziyyətin yaranması axşam pik saatlarında əsas küçə və prospektlərdə tıxacların olması ilə əlaqədardır. Xətlərə adi rejimlə müqayisədə 13-15 faiz artıq avtobus cəlb olunmasına və daha 70 avtobusun isə ehtiyyat kimi xətlərə çıxarılmasına baxmayaraq, avtobuslar tıxacda qalaraq təyinat yerlərinə vaxtında çata bilməyib.

Məsələn “Koroğlu”-“28 May” istiqamətində hərəkət edən 8-ə yaxın müntəzəm və ekspres xətlər üzrə təxminən 50-dan artıq avtobus bir saatdan da artıq müddətdə sıxlıqda qalıb. Bu hal “28 May” m/st-nın ətrafı da daxil olmaqla “Koroğlu” m/st-na qədər bütün dayanacaqlarda sərnişinlərin uzun müddət avtobus gözləməsinə səbəb olub. Eyni vəziyyət Əhmədli-Q.Qarayev-Z.Bünyadov-20 Yanvar dairəsi və əks istiqamətində də müşahidə edilib.

# 1054
avatar

Mehman Nəbiyev

Oxşar yazılar