Soydaşlarımız müxtəlif ölkələrdə Gəncə terrorunun qurbanlarını yad edirlər - FOTOLENT
20 oktyabr 2020 11:51 (UTC +04:00)

Soydaşlarımız müxtəlif ölkələrdə Gəncə terrorunun qurbanlarını yad edirlər - FOTOLENT

Rusiya, Polşa, Gürcüstan,Türkiyə, Avstraliya, ABŞ, Qətər, Latviya, Küveyt, Vyetnam, Tacikistan. Monteneqro və digər ölkələrdə, eləcə də ayrı-ayrı şəhərlərdə soydaşlarımız Azərbaycanın diplomatik nümayəndəliklərinin qarşısına axın edərək, Gəncədə həlak olan terror qurbanlarının xatirəsini yad edirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, işğalçı Ermənistan ordusu tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulmasına etiraz edən həmvətənlərimiz səfirliyin və konsulluqların binaları qarşısına həlak olan uşaqların şəkilləri, Azərbaycan baraqları, güllər və oyuncaqlar düzür, şamlar yandırırlar. Soydaşlarımızın yazdıqları etiraz qeydində deyilir: “Sizin uşaqlığınız ata-ananız və oyuncaqlarla keçməli idi. Erməni faşizminin raket atəşləri altında yox…”.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyektlərə və şəhərə ciddi və külli miqdarda ziyan dəyib. Terror aktları nəticəsində 24 nəfər həlak olub və 90 dinc sakin ağır yaralanıb.

# 511
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar