Bakıda taksi sürücülərinə qənim kəsilən şəxs tutuldu
19 oktyabr 2020 12:30 (UTC +04:00)

Bakıda taksi sürücülərinə qənim kəsilən şəxs tutuldu

Bakının Yasamal rayonunda taksi sürücüsünə qarşı soyğunçuluq edilib.

Lent.az DİN mətbuat xidmətinə istinadən bildirir ki, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini A.Əliyev oktyabrın 18-də A.M.Şərifzadə küçəsindən “Khazar” markalı avtomobilinə sərnişin qismində əyləşmiş bir nəfərin onun 300 manat dəyərində mobil telefonunu apardığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün saat 10 radələrində C.Cəfərovun “Nissan” markalı avtomobilindən də eyni üsulla 372 manat dəyərində mobil telefon aparması, habelə 5 nəfəri aldadıb mobil telefonlarını alması, 2  avtomobildən isə mobil telefon oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

# 547
avatar

Mehman Nəbiyev

Oxşar yazılar