16:17
18 Oktyabr 2020

Azərbaycan erməni hərbçilərinin meyitlərinin bir hissəsini verməyə hazırdır - RƏSMİ

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyi arasında görüş keçirilib.

Komissiyadan Lent.az -a verilən məlumata görə, keçirilmiş görüşlərdə Azərbaycan və Ermənistan arasında elan edilmiş müvəqqəti humanitar atəskəsin ruhuna uyğun olaraq, Azərbaycanın birtərəfli qaydada hazırda Azərbaycan tərəfində olan erməni hərbçilərinin meyitlərinin bir hissəsini iki ölkənin dövlət sərhədinin Tovuz rayonu istiqamətində əvvəlcədən razılaşdırılmış dəhlizdə BQXK-nın vasitəçiliyi ilə Ermənistana verməyə hazır olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan birtərəfli qaydada erməni hərbçilərinin meyitlərinin bir hissəsini verməyə hazırdır.

Bu barədə qarşı tərəfə bildirilməsi xahiş olunub.

Dİgər xəbərlər