15:44
18 Oktyabr 2020

Koronavirus bu xəstəlikləri olanlarda ölüm riskini artırır – ALİMLƏR

London İmperial Kollecinin alimləri koronavirusun bu insanlarda ölüm ehtimalını ikiqat artıra biləcək bir risk faktorunu qeyd ediblər.

Lent.az xarici mediaya istinadla verdiyi xəbərə görə, “Anaesthesia” jurnalındakı bir məqaləsində deyilir ki, virus yalnız xərçəng və şəkərli diabet xəstələri üçün deyil, həm də böyrəkləri sağlam olmayan insanlar üçün xüsusilə təhlükəli ola bilər.

Mütəxəssislər London və Birminqemdəki dörd xəstəxananın reanimasiya şöbələrində xilas etməyə çalışdıqları COVID-19 xəstələrinin məlumatlarını analiz etdikdən sonra bu nəticəyə gəliblər.

Pandemiyanın ən yüksək olduğu dövrdə - 10 mart - 23 iyul tarixlərində 372 yoluxmuş insandan 216 nəfəri böyrək problemi ilə tədqiqatın iştirakçısı olub.

Risk altındakı insanların təxminən 50 faizi (107 nəfər) ölüb. 156 nəfərlik ikinci qrupda ölüm nisbəti daha aşağı olub - 32 nəfər (21 faiz).

Alimlər bunu ağciyərlər və böyrəklər arasında çarpaz bağlama və infeksiyanın müalicəsi üçün zəhərli maddələrin istifadəsi ilə əlaqələndirirlər.

Dİgər xəbərlər