Ağdaşda iki maşın toqquşub, ölən var
17 oktyabr 2020 19:02 (UTC +04:00)

Ağdaşda iki maşın toqquşub, ölən var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağdaş rayonunun Nemətabad kəndi ərazisində “VAZ" və “Chery” markalı iki minik avtomobili toqquşub.

FHN-dən Lent.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 32 yaşlı Sadıqov Orxan Cavid oğlunun meyitini deformasiyaya uğrayan"VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

# 793
avatar

Oxşar yazılar