18
12:12
16 Oktyabr 2020

Distant təhsillə bağlı mürəkkəb situasiya ilə üzləşmişik - Nazir

“Distant təhsillə bağlı Təhsil Nazirliyi mart ayından etibarən mürəkkəb situasiya ilə üz-üzədir. Zərurətdən irəli gələn addımlar atılıb”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Təhsil naziri deyib ki, 1 milyondan artıq şagird onlayn sistemə qoşulub, 100 mindən artıq müəllim qeydiyyatdan keçib: “Həmin müəllimlər və şagirdlər artıq qeydiyyatdan keçirsə, biz onların öyrənməsini də həmin platformadan izləyə bilirik. İkinci əldə olunan nailiyyət odur ki, artıq fərqli tədris proqramları sınaqdan keçirilir. İnanıram ki, biz həftədə iki dəfə, üç dəfə əyani dərslərin və teledərslərin hibridi olan təhsili uğurla tətbiq edə bildik. Ümumiyyətlə, həftədə 15 saat əyani dərsin teledərslərlə birgə hibrid formada tətbiqi ilkin müşahidələrdə öyrənmə prosesində verilmiş şəraitdə qənaətbəxş nəticələr əldə etməyə qismən də olsa, kömək edir. Distant təhsilin digər problemləri bir çox bölgələrimizdə həm internetlə, həm də şagirdlərdə olan cihazlarla bağlıdır. Bunları danmaq düz olmaz. Məhz elə bu səbəbdən də oktyabrın 5-dən biz həmin bölgələrdə həftədə 5 dəfə demək olar ənənəvi təhsilə yaxın formatda təhsilə keçdik. Bu, say olaraq 2000-ə yaxın məktəb demək idi. Araşdırmalarımızın digər istiqaməti 27 sentyabrda yaranmış internetlə bağlı məhdudiyyətlərdə hansı platformaların hansı uyğun formatda işləməsi ilə bağlıdır. Bunlar sırf kommersiya qurumları olduğuna görə onların adını çəkmək istəmirəm, amma aidiyyəti şəkildə ən uyğun platformaların müəyyənləşdirilməsi istiqamətində işlər görmüşük. Eyni zamanda internetin verilməsini həyata keçirən qurumlarla da sıx əməkdaşlığımız var. Biz istəyirik ki, heç olmasa məktəblərdə istifadə olunan istifadəçi adlarıyla bu sistemlər işləsin. Hazırda qarşıda 1 həftə var. Ötən həftə bir sıra ali təhsil müəssisələrində bu platformaların açılmasına nail olmuşduq, proses başlamışdı. Üzümüzə gələn həftə də həmin müsbət təcrübənin sistemləşdirilməsini planlaşdırırıq”.

Dİgər xəbərlər