18:43
15 Oktyabr 2020

"Biz zəfər marşındayıq" - İlham Əliyev

““Madrid prinsipləri”ni gündəmdə tuturuq. Mən bunu artıq açıqlamışam. “Madrid prinsipləri” adlandırılan baza prinsiplərinə biz sadiqik”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, çünki bu prinsiplər bizim maraqlarımıza cavab verir: “Zatən Ermənistan bu prinsipləri artıq qəbul etmədiyi haqda açıqlama vermişdi. Mənə verilən məlumata görə, Ermənistan Baş naziri dünən, yaxud ondan əvvəlki gün belə bir açıqlama vermişdi ki, bu, onlar üçün məqbul deyil. Yəni kim danışıqlar prosesini pozur-Ermənistan. Biz indi torpaqlarımızı azad edirik, biz bayrağımızı artıq şəhərlərimizi əhatə edən dağlara sancırıq, şəhərlərdə mövcud olan binalara sancırıq. Biz zəfər marşındayıq. Belə olan halda baza prinsiplərinə sadiqlik göstərmək çox böyük siyasi iradə və məsuliyyət tələb edir. Biz baza prinsiplərinə sadiqik. Orada da siz dediyiniz kimi göstərilib - 5 rayon 1-ci mərhələdə, ondan sonra 2 rayon, ondan sonra Dağlıq Qarabağın gələcək statusu ilə bağlı söhbət aparılacaq. Azərbaycanlı məcburi köçkünləri Dağlıq Qarabağa qayıtmalıdır, o cümlədən Şuşaya qayıtmalıdırlar. Çünki Şuşanın əhalisinin 98%-i azərbaycanlılar idi. Xankəndiyə qayıtmalıdırlar. Və ondan sonra necə ki, Azərbaycanın başqa yerlərində, Bakıda, necə ki, başqa şəhərlərdə - erməni və azərbaycanlı əhalisi orada da bir yerdə yaşayacaq. Bizim mövqeyimiz budur. Ermənistanın mövqeyi isə azərbaycanlıları oradan qovmaq, necə ki, bunu etdilər. Ondan sonra azərbaycanlılara qayıtmağa imkan verməmək, orada etnik təmizləmə siyasətinin nəticələrini möhkəmləndirmək, bizim tarixi, dini, mədəni abidələrimizi yerlə bir etmək, azərbaycanlıların mədəni irsini silmək və ondan sonra bu torpaqları erməniləşdirməkdir. Onların yanaşması budur, bizim yanaşmamızsa budur”.

Dİgər xəbərlər