17:27
14 Oktyabr 2020

Daha 21 şagird koronavirusa yoluxdu: 7 MƏKTƏB...

Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma ilə bağlı statistikanı açıqlayıb.

Nazirlikdən Lent.az -a verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 15, işçi sayı 2 olub.

Son sutka ərzində 21 şagird, 12 işçi heyəti koronavirusa yoluxub.

Bu müddət ərzində 7 məktəb, 3 sinif distant təhsilə keçirilib.

Eyni zamanda, bir məktəb əyani təhsilə qaytarılıb.

Qeyd edək ki, cəmi distant təhsilə keçirilən siniflərin sayı 55, məktəblərin sayı 30-dur.

Dİgər xəbərlər