17:21
13 Oktyabr 2020

Daha 14 şagird koronavirusa yoluxdu

Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma ilə bağlı statistikanı açıqlayıb.

Nazirlikdən Lent.az -a verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 13, işçi sayı 3 olub.

Son sutka ərzində koronavirusa yoluxan şagirdlərin 14, işçi heyətinin sayı 4 nəfər təşkil edib.

Bu müddət ərzində 5 sinif yenidən əyani təhsilə qaytarılıb. Distant təhsilə keçirilən siniflərin sayı 2, məktəblərin sayı isə 4 olub.

Qeyd edək ki, bu günə kimi koronavirusa yoluxma vəziyyətinə görə, distant təhsilə keçirilən siniflərin sayı 52, distant təhsilə keçirilən məktəblərin sayı 24 olub.

Dİgər xəbərlər