19:52
13 Oktyabr 2020

Mənzildən 12 min manatlıq oğurluq edildi

Qubada mənzildən 12 min manatdan artıq oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA -ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-də rayon ərazisindəki evlərin birindən 2100 manat, 20 ABŞ dolları və 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvəllər məhkum olunmuş E.Cəlilov saxlanılıb.

Dİgər xəbərlər