Ermənistanın təcavüzü nəticəsində həlak olan məktəblilərin sayı 3-ə çatıb
13 oktyabr 2020 12:15 (UTC +04:00)

Ermənistanın təcavüzü nəticəsində həlak olan məktəblilərin sayı 3-ə çatıb

Ermənistanın dinc əhaliyə təcavüzü nəticəsində həlak olan məktəblilərin sayı 3-ə çatıb.

Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, həlak olan məktəbli Ağcabədi rayonu, R.Quliyev adına Taynaq kənd orta məktəbinin IX sinif şagirdi Fərid İsgəndərovdur.

Nazirlik həmçinin düşmən təcavüzü nəticəsində dağıntılara məruz qalan təhsil müəssisələrinin siyahısınıda açıqlayıb. Bildirilib ki, onların sayı 37-dir (Tərtər – 12 məktəb, Ağdam – 11 məktəb, Gəncə - 5 məktəb, Füzuli – 4 məktəb, Goranboy – 3 məktəb, Bərdə - 1 məktəb, Ağcabədi – 1 məktəb). 

Xatırladaq ki, Ermənilərin Naftalan şəhəri atəşə tutması nəticəsində 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləri həlak olmuşdu.

 

# 670
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar