05:10
13 Oktyabr 2020

Rusiyada naməlum şəxs dayanacağı atəşə tutdu: 4 ölü, 5 yaralı... - YENİLƏNİB

Rusiyanın Nijni Novqorod vilayətinin Bolşeorlovski qəsəbəsində naməlum şəxs avtobus dayanacağını atəşə tutması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fövqəladə hallar xidmətindən bildirilib.

Qeyd edilib ki, daha 5 nəfər müxtəlif dərəcəli ağır yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin açıqlamasına görə, cinayətkar avtobus dayanacağına getməzdən əvvəl nənəsini öldürməyə çalışıb.

***

12 oktyabr, saat 22:32

Rusiyanın Nijni Novqorod vilayətinin Bolşeorlovski qəsəbəsində naməlum şəxs avtobus dayanacağını atəşə tutub.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fövqəladə hallar xidmətindən bildirilib.

Hadisə nəticəsində üç kişi ölüb, üç qadın yaralanıb. Yaralıların vəziyyətinin son dərəcə ağır olduğu bildirilir. Onlar dərhal mərkəzi regional xəstəxanaya yerləşdirilib.

Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin hadisə ilə bağlı açıqlamasında bildirib ki, dərhal əraziyə xüsusi tibbi yardım qrupu göndərilib: Lazım gələrsə, zərərçəkənlər hava nəqliyyatı ilə Regional tibb mərkəzə təxliyə ediləcək”.

Hadisəni törədən şəxs yaxınlıqdakı meşəyə qaçıb. Mətbuatın yazdığına görə, o, 18 yaşındadır, üzərində 2 ov tüfəngi və patronlar olub.

Rusiya Daxili İşlər Nazirliyindən bildirilib ki, meşə təsərrüfatı işçiləri və polis əməkdaşları cinayəti törədən şəxsi axtarır. Faktla bağlı cinayət işi açılıb.

Dİgər xəbərlər