15:23
12 Oktyabr 2020

"Ermənistanın “vurduğu” Azərbaycan PUA-sı “kukuruznik” çıxdı” - Vaqif Dərgahlı

"Bu gün erməni tərəfi növbəti dəfə Azərbaycan Ordusunun pilotsuz uçuş aparatını (PUA) vurduğunu elan etdi və həqiqi təsdiq etmək üçün guya həmin PUA-nın video kadrlarını yaydı. Lakin bu videonun yavaşıdılmış kadrlarına ötəri baxış etməklə havadan düşən və parlaq alovla yanan “PUA-nın” An-2 yüngül çoxməqsədli təyyarə olduğunu dəqiq görmək olar".

Lent.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat katibi Polkovnik Vaqif Dərgahlı deyib:

"Sual olunur, Azərbaycan Ordusunun sərəncamında ən müasir silah növləri və ən yeni hərbi texnika olduğu halda kənd təsərrüfatı üçün nəzərdə tutulmuş “kukuruznik” ordumuzun nəyinə gərəkdir?

Cavab sadədir, bu üsulla erməni təşviqatı qrafika və animasiyadan istifadə etməklə erməni ictimaiyyətini aldatmaq, eləcə də erməni əsgərinin fiziki cəhətdən qırılmış əhval-ruhiyyəsini və mənəvi durumunu yüksəltmək üçün uğursuz cəhdlər göstərir. Bir sözlə, bütün PUA-larımız sağ-salamat və döyüş sırasındadır".

Dİgər xəbərlər