12:21
12 Oktyabr 2020

Azyaşlını maşın vurub öldürdü

Biləsuvarda ölümlə nəticələnən yol qəzası olub.

DİN mətbuat xidmətindən Lent.az -a verilən xəbərə görə, hadisə oktyabrın 11-də saat 11 radələrində Biləsuvar rayonunun Ağalıkənd kəndi ərazisində baş verib. Xırmandalı kənd sakini N.İmanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən rayon sakini 11 yaşlı Sadiq Əsgərlini vurub və uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Biləsuvar rayon Polis Şöbəsində araşdırma aparılır.

Dİgər xəbərlər