Baş prokurordan Gəncə hadisələri ilə bağlı SƏRT CAVAB
11 oktyabr 2020 13:40 (UTC +04:00)

Baş prokurordan Gəncə hadisələri ilə bağlı SƏRT CAVAB

"Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması ilə bağlı cinayət işi başlanıb".

APA-nın məlumatına görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Gəncədə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ölkə qanunvericiliyi, beynəlxalq hüququn bütün normalarına uyğun olaraq bu dəhşətli cinayəti törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayət məsuliyyətinə cəlb edilməsi və onların beynəlxalq tribunal qarşısında cavab verməsi üçün bütün imkanlardan istifadə olunacaq.  

# 421
avatar

Oxşar yazılar