04:13
11 Oktyabr 2020

Hikmət Hacıyev sosial şəbəkələrində adına saxta profillər yaradıldığını bildirdi

“Bildirirəm ki, son dövrlərdə mənim adımdan facebook, Instagram və Twitter sosial şəbəkələrində saxta profillər yaradılır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

H.Hacıyev bildirib ki, bunun arxasında erməni dairələrinin olması istisna deyildir: “Mən yalnız twitter sosial şəbəkəsində @hikmethajiyev hesabından Istifadə edirəm”.

Dİgər xəbərlər