Düşmənin Qubadlı və Xocalıdakı bir neçə hərbi texnikası məhv edildi - VİDEO
10 oktyabr 2020 13:15 (UTC +04:00)

Düşmənin Qubadlı və Xocalıdakı bir neçə hərbi texnikası məhv edildi - VİDEO

Azərbaycan Ordusu tərəfindən düşmənin bir sıra hərbi texnikaları məhv edilib.

Bu barədə Lent.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, Qubadlı rayonunda "S-300" idarəetme sistemi məhv edilib.

Bundan əlavə, Düşmənin bütün havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radiolokasiya stansiyası məhv edilib.

Ordumuzun məhv etdiyi 19J6 RLS qanadlı raketlər də daxil olmaqla hava hədəflərini aşkarlamaq, tanımaq və izləmək üçün nəzərdə tutulur.

Radar, həmçinin, hava həfədlərini və koordinatlarını, onun dövlət mənsubiyyətini və fəal maneə mənbələrini təyin etməyə imkan verir.

Mürəkkəb meteoşəraitdə və aşağı yüksəklikdəki hədəfləri aşkarlayan və izləyən 19J6 RLS-in müasir Avtomatlaşdırılan İdarəetmə Sistemləri (AİS) ilə inteqrasiyası mümkündür.

# 1537
avatar

Mehman Nəbiyev

Oxşar yazılar