14:25
09 Oktyabr 2020

Azərbaycanda 20 şagird koronavirusa yoluxdu

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusla bağlı son vəziyyəti açıqlayıb.

Təhsil Nazirliyindən Lent.az -a verilən məlumata görə, daha 20 şagird, 6 nəfər işçi heyəti koronavirusa yoluxub.

Hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 8, işçi heyətinin sayı 2 olub.

Əyani təhsilə keçirilən siniflərin sayı 1, distant təhsilə keçirilmiş siniflərin sayı isə 7 olub.

Qeyd edək ki, bu günə kimi distant təhsilə keçirilən siniflərin sayı 36, distant təhsilə keçirilən məktəblərin sayı isə 2-dir.

Dİgər xəbərlər