Düşmənin hücumu nəticəsində ANAMA-nın əməkdaşı yaralandı
09 oktyabr 2020 13:10 (UTC +04:00)

Düşmənin hücumu nəticəsində ANAMA-nın əməkdaşı yaralandı

Bu gün səhər saatlarında erməni silahlı qüvvələrinin növbəti dəfə dinc əhalini hədəfə alması nəticəsində Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Füzuli regional idarəsinin əməkdaşı 30 noyabr 1982-ci il təvəllüdlü Əsədov Samir Hidayət oğlu ağır şəkildə yaralanıb. O əməliyyat olunmaq üçün təcili xəstəxanaya çatdırılıb.

Bu barədə Lent.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən məlumat verilib. Bildirilib ki, yaralıda 3 ədəd qəlpə yarası aşkar edilib və hazırda cərrahiyyə əməliyyatı davam edir. S.H.Əsədovun vəziyyəti ağır olaraq qalır.

Qeyd olunanlar bir daha sübut edir ki, erməni silahlı qüvvələri mülki əhali və obyektləri atəşə tutmaqla yanaşı əhalinin təhlükəsizliyini təmin edən humanitar minatəmizləmə ilə məşğul olan Agentliyin işçi heyətini də hədəfə alırlar.

Qeyd etmək istəyirik ki, hazırda cəbhəboyu mülki ərazilərdə infrastrukturun, mülki obyektlərin və yerli əhalinin təhülkəsiyliyinin təmin edilməsi məqsədilə Agentliyin işçi heyəti   24 saatlıq fasiləsiz iş rejimi ilə fəaliyyət göstərir. Həmin ərazilərdə yerləşən şəhər, rayon və onlara daxil olan kəndlərdə Agentlikdə təşkil olunan qruplar tərəfindən sakinlərə yerlərdə təhlükəsiz hərəkət qaydaları, Mina Təhlükəsinə dair Maarifləndirmə və xəbərdarlıq istiqamətində təbliğat fəaliyyəti həyata keçirilir.

 

# 382
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar