11:09
08 Oktyabr 2020

Gürcüstanda daha 4 nəfər koronavirusdan öldü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 472 yoluxma halı qeydə alınıb, 4 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 10 225 nəfərə, ölənlərin sayı 66 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5574 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 5553 nəfərin sağaldığı bildirilir.

Dİgər xəbərlər