17:41
07 Oktyabr 2020

Daha 12 şagird koronavirusa yoluxdu - RƏSMİ

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Lent.az -a bildirilib ki, 6 şagirdin və 1 işçi heyətinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 12 şagird və 2 işçidə koronavirus aşkarlanıb.

Əyani təhsilə keçən siniflərin sayı 4, distant təhsilə keçən siniflərin sayı 3 olub.

İndiyə qədər ölkə üzrə 2 məktəb, 27 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

Dİgər xəbərlər