14:53
06 Oktyabr 2020

Qapısı standarta uyğun gəlməyən “Zirə” cərimələndi


AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının V turunda baş verənlərlə bağlı qərarlar verilib.

“Sabah”la qarşılaşmada 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Keşlə” 800 manat cərimələnib. “Sumqayıt”la oyunda 5 futbolçusu xəbərdarlıq alan “Qəbələ”nin də cəzası eyni olub.

“Zirə” – “Neftçi” matçında meydan sahibləri stadiona gec gəldiyinə görə 800 manat cərimələnib. 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Zirə” daha 800 manat cərimə ödəyəcək.

Stadionda ehtiyat qapı standartlara uyğun olmadığı üçün meydan sahibləri 800 manat da ödəyəcək.

Dİgər xəbərlər