16:05
05 Oktyabr 2020

Ermənistan bu şəkildə müharibə cinayəti törədir - Türkiyənin Müdafiə naziri

“Sonuna qədər azərbaycanlı qardaşlarımızın yanındayıq və yanlarında olmağa davam edəcəyik”.

APA-nın yerli bürosunun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Terror təşkilatları ilə əməkdaşlıq edən Ermənistan cəbhədə qəhrəman Azərbaycan Ordusu qarşısında böyük məğlubiyyətə uğrayan kimi, əvvəlcə “qara piar”a əl atdı. Hər şeyin yalan olduğu çox qısa müddətdə ortaya çıxdı. İndi də barbarlıqla günahsız mülki əhalinin yaşadığı bölgələri hədəf seçirlər. Ermənistan bu şəkildə müharibə cinayəti törədir. Bunu hamı bilməlidir. Eyni zamanda, 30 il müddətində işğala səssiz qalanlar Ermənistanın bu sifətini görməli və işğal edilən torpaqların həqiqi sahiblərinə qaytarılması üçün səy göstərməlidirlər”, - deyə H. Akar vurğulayıb.

Dİgər xəbərlər