15:05
05 Oktyabr 2020

Səfərbərliyə çağırılan vəkil ailələrinə 500 manat ödəniləcək

Vəkillər Kollegiyası Rəyasət Heyətinin bu gün keçirilən iclasında son bir həftə ərzində cəbhə bölgəsində davam edən əməliyyatlar, ölkə ərazisində tətbiq edilmiş hərbi vəziyyət və qismən səfərbərlik məsələləri müzakirə olunub, Vəkillər Kollegiyasının bir sıra üzvlərinin hərbi səfərbərliyə cəlb edildiyi bildirilib.

Lent.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat paylaşıb.

O bildirib ki, iclasda hərbi səfərbərliyə cəlb olunan vəkillər tərxis olunanadək, onların ailələrinə hər ay 500 manat ödənilməsi, həmin vəkillərin üzvlük haqqından azad edilməsi qərara alınıb: “Səfərbərliyə cəlb olunmuş vəkillərin saxlama xərclərindən azad edilməsinin vəkil qurumlarına tövsiyə edilməsi, o cümlədən səfərbər olunan vəkillərin icraatında olan işlərin əvəzsiz qaydada digər vəkil həmkarlara həvalə edilməsinin vəkil qurumlarına tapşırılması barədə də qərar qəbul edilib”.

Dİgər xəbərlər