12:35
05 Oktyabr 2020

Daha 20 şagird koronavirusa yoluxdu - RƏSMİ

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Lent.az -a bildirilib ki, 13 şagirdin və 1 işçi heyətinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 20 şagird və 16 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçən siniflərin sayı 4-dür.

İndiyə qədər ölkə üzrə bir məktəb, 27 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

Dİgər xəbərlər