12:01
05 Oktyabr 2020

Rusiyada koronavirus daha 117 nəfəri öldürdü

Rusiyada son sutka ərzində daha 10 888 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla Rusiyada COVID-19-a yoluxanların sayı 1 225 889 nəfərə çatıb.

Son sutka ərzində 117 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 21 475 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

Dİgər xəbərlər