13:49
04 Oktyabr 2020

“Ordumuzun dəqiq zərbəsi nəticəsində Araik Arutunyan ağır yaralanıb” - RƏSMİ

“Şəhər və kəndlərin hədəf alınması Ermənistanın 30 ildən çox davam edən işğalçılıq siyasətinin tərkib hissəsidir”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Azərbaycanın şəhərlərinə kasetli bombalar atılır: “Ermənistan terrorçu dövlətdir. Azərbaycan bu hücumların heç birini cavabsız qoymur. Hazırda bu atəşin qondarma Dağlıq Qarabağ Respublikasının rəhbəri Araik Arutunyanın əmri ilə işğal olunmuş ərazilərdən endirildiyi bildirilir. Mən burdan Araik Arutunyanaya müraciət etmək istəyirəm. Ariavk Artunyan, sən bunkerdə gizlənmişdin, Azərbaycan ordusu səni orada da tapdı. Ordumuzun dəqiq zərbəsi nəticəsində Araik Arutunyan ağır yaralanıb. Digər separatçıları da eyni aqibət gözləyir”.

Dİgər xəbərlər