Artıq bir neçə gündür ki, Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutur.
APA TV-nin məlumatına görə, ötən gün axşam saatlarından isə düşmən ordusu Beyləqan rayonunu atəş altında saxlayıb.
Ağır artileriyadan açılan atəş rayon mərkəzinin yaxınlığına düşüb.
Nəticədə yolun asfalt örtüyü dağılıb və bir sıra obyektə ziyan dəyib.
Asfalta düşən mərmi təxminən 10 metr dərinliyində çuxur yaradıb.
Bundan başqa düşmən mövqelərinin dinc əhalini və yaşayış evlərini atəşə tutması nəticəsində dünyasını dəyişlər də var.