“Bazarstore”dan müzəffər Azərbaycan ordusuna dəstək!
02 oktyabr 2020 14:44 (UTC +04:00)

“Bazarstore”dan müzəffər Azərbaycan ordusuna dəstək!

 

 “Bazarstore” Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün zəfər yürüşünə çıxmış şanlı Silahlı Qüvvələrimizin Dəstək Fonduna 100 min manat vəsait ianə edib. Ali Baş Komandan cənab İlham Əliyevin qismən səfərbərlik barədə Sərəncam imzalaması ilə adıçəkilən super marketlər şəbəkəsinin 150 əməkdaşı şanlı ordumuzun sıralarına qoşulub.

Bununla bərabər 208 “Bazarstore” əməkdaşı ordumuz və düşmən hücumu nəticəsində xəsarət almış mülki vətəndaşlarımızın sağlamlıqlarının bərpasına dəstək olmaq məqsədilə qan vermək üçün növbə gözləyir. 64 mağazası ilə istehlakçıların xidmətində dayanan Bazarstore rəşadətli ordumuzun bu haqq savaşından qalib ayrılacağından əminliyini ifadə edir.

Qarabağ – Azərbaycandır!

# 1306
avatar

Oxşar yazılar