Makrona MÜRACİƏT: “Əgər onun doğulub böyüdüyü şəhər işğal olunsaydı, nə edərdi?"
02 oktyabr 2020 11:42 (UTC +04:00)

Makrona MÜRACİƏT: “Əgər onun doğulub böyüdüyü şəhər işğal olunsaydı, nə edərdi?"

“Azərbaycanın Silahlı Qüvvələri cəbhəboyu əməliyyatlar həyata keçirərkən Fransa Prezidenti Makron və digər fransız siyasətçilərin ölkəmizə qarşı fikirləri qəbul edilmir, biz bu fikirləri rədd edirik”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.

O, parlament kürsüsündən Makrona müraciət edib: “Əgər onun doğub böyüdüyü şəhər işğal olunsaydı, nə edərdi?! Fransanın səfiri ilə görüşlərimizdə də dəfələrlə o, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Bəs indi niyə Makronun fikri dəyişib? Şübhəsiz ki, bunun arxasında ermənipərəst qüvvələr və erməni lobbisi durur. Makron bu bəyanatı ilə göstərdi ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi formatına yenidən baxılmalıdır. ATƏT-in Minsk Qrupunun həmsədrliyi institutu heç kimin monopoliyası deyil. Fransa buradan dərhal uzaqlaşdırılmalıdır. Çünki heç yerdə yazılmayıb ki, 3 həmsədr ölkə daimi seçilir”.

# 448
avatar

Oxşar yazılar