“İndiyə qədər telefonum olmayıb”: Maksimum bal  toplayan şagird
17 iyun 2026 20:26 (UTC +04:00)

“İndiyə qədər telefonum olmayıb”: Maksimum bal toplayan şagird

0

Xəbər verdiyimiz kimi ali məktəblərə qəbul imtahanının nəticələri açıqlandı. Bu imtahanda III ixtisas qrupu üzrə maksimum - 400 bal toplayan 3 şagirddən biri də 
İsmayıllı rayonu Qalacıq kənd orta məktəbinin məzunu Qardaşova Fidandır.

Lent.az-ın əməkdaşı Fidanla həmsöhbət olub, onun təəssüratlarını öyrənib.

O bildirdi ki, hüquqşünas olmaq istəyir:

“Cavablarla indi tanış oldum, bir az həyəcanlıyam. Düzünü desəm 400 bal gözləmirdim, düşünürdüm ki, 400-ə yaxın olar. Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisasında təhsil almağı düşünürəm. Bakalavrdan sonra isə Azərbaycan Diplomatik Akademiyasında (ADA) magistr təhsili alacam”.

Fidan qeyd edib ki, onun bu yaşa qədər şəxsi telefonu olmayıb:

“Özüməməxsus telefonum olmayıb. Dərsdən əlavə məşğələlərə gedirdim. Hazırlıqları saymasaq, gün ərzində beş-altı saat dərslə məşğul olurdum. Yüksək bal toplamaq üçün şagirdin hədəfi olmalıdır. O məqsəddən heç vaxt əl çəkmək olmaz. Mənə görə yüksək bal kəndə, ya şəhərə baxmır. Mən də kənd məktəbinin məzunuyam. Saatların sayına yox, keyfiyyətə görə dərs oxumaq lazımdır, bu halda uğur sizinlə olacaq”.

Qeyd edək ki, Fidanın bacısı da IX sinif buraxılış imtahanında yüksək bal ( 262) toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 520

Oxşar yazılar