“ChatGPT”yə qarşı iddia qaldırıldı: Uşaqlar üçün təhlükəsiz deyil
05 iyun 2026 01:41 (UTC +04:00)

“ChatGPT”yə qarşı iddia qaldırıldı: Uşaqlar üçün təhlükəsiz deyil

0

ABŞ-ın Florida ştatı süni intellekt sistemi “ChatGPT”nin uşaqlar və yeniyetmələr üçün risk yaratdığını iddia edərək “OpenAI” şirkətinə və onun baş direktoru Sam Altmana qarşı məhkəmə iddiası qaldırıb.

Lent.az xəbər verir ki, Floridanın Baş prokuroru Ceyms Uthmeier “OpenAI”ın istifadəçi təhlükəsizliyindən daha çox mənfəət və rəqabətə üstünlük verdiyini deyib.

Onun sözlərinə görə, xüsusilə azyaşlıların təhlükəsizliyi lazımi səviyyədə nəzərə alınmayıb.

İddia ərizəsində “ChatGPT”nin zorakılığa meylli şəxslərə kömək edə bilməsi, intiharı təşviq edən məzmun təqdim etməsi, istifadəçiləri alçaldan və ya zərərli davranışlara sövq edən cavablar verməsi, valideyn nəzarəti olmadan azyaşlılarda asılılıq yarada bilməsi, tənqidi düşünmə qabiliyyətini zəiflətməsi kimi təhlükələr yaratdığı irəli sürülür.

Ştat həmçinin şirkətin bu riskləri əvvəlcədən bildiyini, lakin kifayət qədər tədbir görmədiyini iddia edir.

“OpenAI” isə cavab olaraq uşaqların qorunması üçün yaş məhdudiyyətləri, valideyn nəzarəti alətləri və təhlükəsizlik mexanizmləri tətbiq etdiyini bildirib.

Bu, ABŞ-da bir ştatın “OpenAI”a qarşı açdığı ilk belə məhkəmə işi hesab olunur və süni intellektin tənzimlənməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar