Azərbaycanlı vəkili güllələyib öldürdülər
17 iyun 2026 16:48 (UTC +04:00)

Azərbaycanlı vəkili güllələyib öldürdülər

1

Güney azərbaycanlı hüquq müdafiəçisi, vəkil Məcid Pejumanın meyiti Qərbi Azərbaycan əyalətindəki Həsənlu bəndi ətrafında tapılıb.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Sulduz bölgəsindən olan gənc vəkil ov tüfəngindən açılan atəş nəticəsində həyatını itirib.

Hadisənin başvermə şəraiti və motivləri ilə bağlı polis tərəfindən araşdırma aparılır.

Pejuman şəhərdən kənarda naməlum şəxs və ya şəxslərin silahlı hücumuna məruz qalıb. Hadisə ilə bağlı istintaq davam edir.

Qərbi Azərbaycan əyalətinin Ədliyyə İdarəsinin rəisi Nəsir Ətəbati cinayəti törədənlərin müəyyən edilərək saxlanılması üçün müvafiq qurumlara göstəriş verildiyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 470

Oxşar yazılar