İtaliyanın “Cenoa” klubunda koronavirus pandemiyasına kütləvi yoluxma faktı aşkarlanıb.
Apasport.az saytının məlumatına görə, klubun mətbuat xidməti konkret olaraq 11 oyunçunun testinin pozitiv nəticələndiyini açıqlayıb.
Bunlar Françesko Kassata, Lukas Leraqer, Federiko Marketti, Filippo Meleqoni, Luka Pelleqrini, Mattia Perin, Marko Pyatsa, İvan Radovanoviç, Lasse Şöne, David Zappakosta və Valon Behramidir. A seriyası klubunun rəhbərliyi mövcud protokolda nəzərdə tutulan bütün prosedurları başladıb və müvafiq tədbirlər barədə səlahiyyətlilərə məlumat verib.
Ümumilikdə 14 nəfəri koronavirusa yoluxan “Cenoa”da 4-ü klub işçisidir. Adıçəkilən şəxslərin hamısı karantinə alınıb.