Ermənistanın Avropa Məhkəməsindən siyasi məqsədlərlə istifadə cəhdi onun əleyhinə çevrilib - XİN
30 sentyabr 2020 15:05 (UTC +04:00)

Ermənistanın Avropa Məhkəməsindən siyasi məqsədlərlə istifadə cəhdi onun əleyhinə çevrilib - XİN

Xarici İşlər Nazirliyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 29 sentyabr tarixli qərarı ilə bağlı açıqlama verib.

Nazirliyin mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, 2020-ci il sentyabrın 29-da İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistan hökumətinin verdiyi şikayətə cavab olaraq Məhkəmə Reqlamentinin 39-cu qaydasına müvafiq olaraq qərar qəbul edib. Həmin qərarda Avropa Məhkəməsi həm Ermənistanı, həm də Azərbaycanı mülki əhalinin Konvensiya hüquqlarının pozulmasına gətirib çıxara biləcək tədbirlərdən çəkinməyə dəvət edir.

Beləliklə, Ermənistanın hüquqi bir müstəvi təşkil edən Avropa Məhkəməsindən siyasi məqsədlərlə istifadə etmək cəhdi elə məhz onun özünün əleyhinə çevrilib. Əslində bu qərarla Avropa Məhkəməsi 2015-ci ildə Çıraqov və digərləri Ermənistana qarşı işində çıxardığı qərarda gəldiyi qənaəti – Ermənistanın Azərbaycan ərazilərinin işğal olunması və bu ərazilərdə insan hüquqları pozuntularına görə məsuliyyət daşıdığını təsdiq edib. Bu Azərbaycan torpaqlarının Ermənistan tərəfindən davam edən işğalının, habelə cari münaqişənin Ermənistan və Azərbaycan arasında getməsi faktının növbəti hüquqi təsbitidir: "Məlum olduğu kimi, Ermənistanın təcavüzkar hərbi birləşmələri Azərbaycanın şəhər və kəndləri, o cümlədən mülki əhali və çoxsaylı mülki obyektləri atəşə tutmaqdadır və bunun nəticəsində dinc əhali arasında ən azından 12 nəfər həlak olub, onlarla insan  xəsarət alıb, şəxsi və dövlət əmlakına bərpaolunmaz ziyan yetirilib. Nəticə etibarilə, Avropa Məhkəməsinin 29 sentyabr qərarı Ermənistana Azərbaycan ərazilərində törətdiyi, insan hüquqları və beynəlxalq humanitar hüquqa zidd zorakı əməllərinə son qoymağa dair çağırış mənasına gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar