12:02
29 Sentyabr 2020

İşğaldan azad edilən Azərbaycan kəndlərinin TƏHSİL STATİSTİKASI

Təhsil Nazirliyi işğaldan azad edilən Azərbaycan kəndlərinin təhsil statistikasını açıqlayıb.

Lent.az məlumat verir ki, bu barədə nazirliyin rəsmi "facebook" səhifəsində fotolar yer alıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunub. Belə ki, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun isə Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib.

Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

Dİgər xəbərlər