"Ermənistan ordusunun polkovniki məhv edilib”.
Lent.az məlumat verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:
“Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində müvəqqəti işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artileriya rəisi polkovnik Karen Babayan məhv edilib”.
 
                 
                             
     
                                    