Rusiya XİN-dən Dağlıq Qarabağdakı vəziyyətlə bağlı ÇAĞIRIŞ
28 sentyabr 2020 12:01 (UTC +04:00)

Rusiya XİN-dən Dağlıq Qarabağdakı vəziyyətlə bağlı ÇAĞIRIŞ

Moskva bütün xarici və daxili oyunçuları Dağlıq Qarabağdakı vəziyyətlə bağlı maksimum təmkin nümayiş etdirməyə çağırır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko bildirib.

Qeyd edək ki, dünən Rusiya Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda münaqişə tərəflərini atəşi dayandırmağa çağırıb. Bundan başqa, Rusiya XİN başçısı Sergey Lavrov Ermənistan və Azərbaycan, o cümlədən Türkiyə Xarici İşlər nazirləri ilə ayrılıqda telefon danışıqları aparıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567

Oxşar yazılar