Həbsxanaya qeyri-adi üsulla narkotik keçirmək istədilər
28 sentyabr 2020 11:33 (UTC +04:00)

Həbsxanaya qeyri-adi üsulla narkotik keçirmək istədilər

5 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az-a daxil olan xəbərə görə, Cinayət Məcəlləsinin 234.1; 69.3 və 93.1.2 -ci maddələrinə əsasən təqsirli bilinərək 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Bayramov Emin Eldar oğlu ilə qısamüddətli görüşə gəlmiş anası Şirvan şəhər sakini Bayramova Zəminə İsmayıl qızı və bacısı Şirvan şəhər sakini Bayramova Günel Eldar qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan qəndin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0,748 qram psixotrop maddə - metamfetamin və ümumi çəkisi 0,912 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 

# 523
avatar

Mehman Nəbiyev

Oxşar yazılar