Bakıda beşmərtəbəli binada yanğın olub.
Lent.az FHN-in rəsmi saytına istinadla xəbər verir ki, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 43 m² olan mənzilin mətbəxində mebel dəsti və pəncərə çərçivəsi yanıb. Yüksək temperaturdan məişət avadanlıqları əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.