"Məqsəd işğal olunmuş əraziləri azad etməkdir” - Hikmət Hacıyev
27 sentyabr 2020 18:49 (UTC +04:00)

"Məqsəd işğal olunmuş əraziləri azad etməkdir” - Hikmət Hacıyev

“Azərbaycan Silahlı Qüvvələri Cenevrə Konvensiyasına uyğun öz fəaliyyətini həyata keçirməkdədir”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Ermənistan mətbuatında Ermənistan-Azərbaycan dövlət sərhədində də toqquşma baş verməsi ilə bağlı yayılan məlumat yalandır: “Hərbi əməliyyatlar Azərbaycanın işğal olunmuş ərazilərində baş verir. Əsas məqsəd mülki insanların təhlükəsizliyini təmin etmək və işğal olunmuş əraziləri azad etməkdir”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, artıq bir sıra beynəlxalq təşkilatlar narahatlıqlarını ifadə edirlər: “Vəziyyətin gərginləşməsinin məsuliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

H. Hacıyev nəzərə çatdırıb ki, bu gün baş verənlər Tovuz hadisələrindən sonra Ermənistanın Azərbaycana qarşı yürütdüyü təxribatçı siyasətinin nəticəsidir: “Eyni zamanda, düşmən tərəfindən kiberhücumlar da təşkil edilir”.

# 544
avatar

Oxşar yazılar