“Gərginliyin davam etməsindən narahatıq” - Gürcüstan Prezidenti
27 sentyabr 2020 14:00 (UTC +04:00)

“Gərginliyin davam etməsindən narahatıq” - Gürcüstan Prezidenti

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan və Ermənistanı sülhə çağırıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə S. Zurabişvili özünün “Twitter” hesabında paylaşım edib.

“Biz Ermənistan və Azərbaycan arasında gərginliyin davam etməsindən narahatıq. Biz tərəfləri sülhə çağırırıq. Stabillik və sülh bizim regionumuzda ortaq məsələmiz olmalıdır”, - deyə Gürcüstan Prezidenti qeyd edib.

# 880
avatar

Oxşar yazılar