Azərbaycanda daha 10 şagird koronavirusa yoluxdu
26 sentyabr 2020 17:13 (UTC +04:00)

Azərbaycanda daha 10 şagird koronavirusa yoluxdu

Təhsil Nazirliyi bu gün ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, bu gün bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 51 olub. Bədən hərarəti 37 dərəcədən yuxarı olmuş işçi heyətinin sayı isə 1 nəfər təşkil edib.

Bu gün virusa yoluxan şagird sayı isə 10, İşçi heyətinin sayı 2 olub.

# 1708
avatar

Oxşar yazılar