16:47
26 Sentyabr 2020

“Milan”a qol vurdu: təklif aldı

İtaliyanın “Milan” klubu norveçli Yens Heuqeni transfer etməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, “Bodo Qlimt”in 20 yaşlı hücumçusu Avropa Liqasının III təsnifat mərhələsinin “rossonyerlər”lə oyununda milanlıların diqqətini cəlb edib.

Gənc forvard komandasının 2:3 hesabı ilə uduzduğu matçda qol vurub. “San-Siro”dakı qarşılaşmadan sonra “Milan” “Bode Qlimt”ə ilkin təklif irəli sürüb. İtaliyalılar futbolçu üçün kluba 4 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Yens Norveç çempionatının cari mövsümündə 17 oyunda 14 qol vurub.

Dİgər xəbərlər