Gürcüstanda daha 296 nəfər koronavirusa yoluxdu
26 sentyabr 2020 10:42 (UTC +04:00)

Gürcüstanda daha 296 nəfər koronavirusa yoluxdu

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 296 yoluxma halı qeydə alınıb.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 4960 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5584 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Virusa yoluxanlardan 1819 nəfərin sağaldığı, 27 nəfərin isə vəfat etdiyi bildirilir.

# 1171
avatar

Oxşar yazılar