Bakı-Qazax yolunda maşın yandı
25 sentyabr 2020 18:44 (UTC +04:00)

Bakı-Qazax yolunda maşın yandı

Ucarda yük maşını yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Qaracallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Kürdəmir rayon sakini, 33 yaşlı Qabil Saleh oğlu Cabbarovun idarə etdiyi "FORD" markalı yük maşını anidən alışıb.

Hadisə yerinə Ucar rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

# 1819
avatar

Oxşar yazılar