Bakıda maşınlara ziyan vuran keçmiş məhkum tutuldu
25 sentyabr 2020 19:24 (UTC +04:00)

Bakıda maşınlara ziyan vuran keçmiş məhkum tutuldu

Bakıda bir neçə avtomobilə zərər vuran şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, Nəsimi rayonu C.Hacıbəyli küçəsində paytaxt sakinləri G.Həsənovaya məxsus “Chevrolet” və A.Mahmudova məxsus “Hyundai” markalı avtomobillərin alın şüşələri sındırılıb və kapot hissələri əzilib. Bu barədə rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əsədullayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.

# 1702
avatar

Mehman Nəbiyev

Oxşar yazılar