Maşından külli miqdarda pul oğurlandı
25 sentyabr 2020 19:06 (UTC +04:00)

Maşından külli miqdarda pul oğurlandı

Bakıda evlərdən və avtomobildən oğurluq edilib.

Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, Xəzər rayonu ərazisində 3 evdən noutbuk, mobil telefon, velosiped, 3000 manat pul, televizor,  kondisioner, həmçinin “Audi” markalı bir avtomobildən 3700 manat pul oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xəzər rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şərur rayon sakinləri, əvvəllər məhkum olunmuş V.Seyidov və M.Abdullayev müəyyən edilərək saxlanılıblar.

# 1663
avatar

Mehman Nəbiyev

Oxşar yazılar