UEFA Superkubokunun əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bu gün keçiriləcək “Bavariya” (Almaniya) – “Sevilya” (İspaniya) oyununun aşkar favoriti Münhen klubudur.
Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutacaq matçda Hans Flikin yetirmələrinin qələbəsi 1,31, məğlubiyyəti 9,50 əmsaldır. Matçda heç-heçəyə 6,70 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.